İnşaat mühendisi

  • Hovers Group
  • Elanın qoyulma tarixi: 01.07.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hover Group " İnşaat mühendisi"  vəzifesinə işçi axtarir.

Əsas vəzifə öhdəlikləri:

- Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edir;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
- Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir;
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin edir, onların istehsalat tapşırıqlarını müəyyənləşdirir və tapşırır, onlara iş təlimatı keçir;
- Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirir.

Tələb olunan səviyyə:

– Müvafiq sahədə ali təhsil;
- Azərbaycan və ingilis dillərini yazılı və şifahi surətdə əla bilmək;
- Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
- Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- İş üçün müvafiq kompüter proqramlarını bilmək (Word, Excel, AutoCAD,);
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək.

İş qrafiki: 08:00-18:00 (həftenin 6 günü)

Əmək haqqı:  razilaşma yolu ilə

Əlaqə: [email protected]

CV göndərərkən mövzu qismində “İnshaat muhendisi” sozləri yazılmalı, əks təqdirdə CV-nizə baxılmayacaq