İşin təsviri
Təcrübə: 1-3 il
Yaş aralığı: 21-27
Vəzifə öhdəlikləri:
- Gündəlik mühasibat əməliyyatlarının həyata keçirilməsi;
- Gəlir və xərclərin uçotunun aparılması və mühasibat kitablarında düzgün əks olunması;
- Maliyyə hesabatlarının hazırlanması və dövri olaraq təqdim edilməsi (aylıq, rüblük, illik);
- Vergi bəyannamələrinin tərtib edilməsi və müvafiq dövlət orqanlarına təqdim edilməsi;
- Bank hesablarının və digər maliyyə məlumatlarının uyğunluq yoxlanışı (reconcilation);
- Mühasibatlıq üzrə sənədlərin və hesabatların yoxlanılması, təsdiqi və arxivləşdirilməsi;
- Mühasibat uçotunun Azərbaycan qanunvericiliyinə uyğun aparılması;
- İdarəetmə üçün maliyyə hesabatlarının hazırlanması və analitik məlumatların təqdim edilməsi.
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi;
- 1-3 il maliyyə sahəsində iş təcrübəsi;
- MS Excel və mühasibat proqramlarında (1C, SAP və s.) işləmə bacarığı;
- Vergi və mühasibat qanunvericiliyi üzrə bilik;
- Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dilləri arzuolunandır).
Təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Gənc və dinamik iş mühiti;
- Sosial təminatlar və əlavə bonuslar.
- Nahar şirkət tərəfindən qarşılanır.
Müraciət etmək üçün: CV-lərinizi elektron poçt ünvanına göndərin və mövzu sətrində “Mühasibatlıq üzrə mütəxəssis” qeyd edin.