Yol-İnşaat mühəndisi

İşin təsviri

Yol-İnşaat mühəndisi

Əsas vəzifə öhdəlikləri:

- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
-  Yol-inşaat Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
- Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edilməsi;
- Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi;
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.

Tələb olunan səviyyə:

- Müvafiq sahədə ali təhsil;
- İngilis dilini bilməli;
- Yol tikintisi sahəsində təcrübəyə malik olmalı. Tikinti sahəsində iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
- İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD,) ;
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
- Yaş 25-45;

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə "Yol-İnşaat mühəndisi" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Business Service Centre LTD
Azerbaijan,Baku - F.Amirov, 10

E-mail: [email protected]
Web: www.bsc-group.az