İşin təsviri
                
                
                                
                Öhdəliklər:
	- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat və vergi  uçotu hesabında (həmçinin uçot registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
 
	- 1C proqramında əməliyyatların işlənilməsi və yoxlanılması;
 
	- Mühasibat və  vergi uçotunun aparılma qaydalarına uyğun müəssisənin uçotunun qurulması üzrə müvafiq əməliyyatların həyata keçirilməsi ;
 
	- Baş mühasibin və aparışı mühasibin tapşırıqlarını yerinə yetirmək;
 
	- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
 
	- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
 
	- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
 
	- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
 
	- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
 
	- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
 
	- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
 
	- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
 
Tələblər:
	- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
 
	- Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
 
	- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
 
	- MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
 
	- Rus dili və ingilis biliyi (arzu olunandir);
 
	- Komandada işləmə bacarığı;
 
	- Analitik düşünmə qabiliyyəti;
 
	- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
 
İş şəraiti:
	- İş qrafiki: 6 günlük iş qrafiki 
 
	- Əmək haqqı 800-1200 AZN (Müsabiqə əsasında müəyyən olunur)
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mühasib” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.