Çağrı Mərkəzi Müdiri

  • GL ASC
  • Elanın qoyulma tarixi: 15.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Komanda İdarəçiliyi: Çağrı mərkəzi əməkdaşlarının işini planlaşdırmaq, iş qrafiklərini hazırlamaq, iş bölgüsünü etmək və komanda üzvlərinin inkişafını təmin etmək.
  • Müştəri Xidmətləri Keyfiyyətinin Təminatı: Müştəri müraciətlərinin vaxtında və düzgün həll edilməsini təmin etmək, şikayətləri təhlil etmək və onların həllinə yönəlmiş tədbirlər görmək.
  • Performansın Ölçülməsi: Çağrı mərkəzinin performans göstəricilərini (məsələn, zənglərin cavablanma müddəti, müştəri məmnuniyyəti səviyyəsi və s.) izləmək və bu göstəriciləri artırmaq üçün tədbirlər görmək.
  • Təlim və İnkişaf: Yeni əməkdaşların təlimi və mövcud əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təlim proqramlarının təklif edilməsi.
  • Strategiya və Təkmilləşmə: Çağrı mərkəzinin fəaliyyətini optimallaşdırmaq üçün yeni strategiyaların və proseslərin inkişaf etdirilməsi, müvafiq təkliflərin hazırlanması.
  • Raporlama və Analiz: Çağrı mərkəzinin iş fəaliyyətləri barədə rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.
  • Texnologiyanın İdarə Edilməsi: CRM sistemləri və digər texnoloji alətlərdən effektiv istifadəni təmin etmək və bu sistemlərin optimallaşdırılması üzrə təşəbbüslər göstərmək.

Tələblər:

  • Təhsil: Ali təhsil (ən azı bakalavr dərəcəsi). İdarəetmə, biznes, marketinq və ya əlaqədar sahələr üzrə təhsil üstünlük verilir.
  • İş təcrübəsi: Çağrı mərkəzi idarəçiliyi və ya əlaqəli sahədə ən azı 2-3 illik təcrübə.
  • Liderlik bacarıqları: Komandanın idarə edilməsi və motivasiya olunmasında təcrübə.
  • Müştəri xidmətləri: Müştəri məmnuniyyəti və şikayətlərin həlli üzrə bilik və təcrübə.
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, əlavə dillər bilmək üstünlükdür.
  • Kompyuter bacarıqları: MS Office, CRM sistemləri və digər müvafiq proqram təminatlarının yaxşı səviyyədə biliyi.
  • Analitik düşüncə: İş nəticələrinin analizi, statistik məlumatların təhlili və strategiya hazırlama qabiliyyəti.

Gözləntilər:

  • Şirkətin müştəri xidmətləri standartlarına uyğun olaraq yüksək keyfiyyətli xidmətin təmin edilməsi.
  • Çağrı mərkəzi performansının yaxşılaşdırılması və şirkətin ümumi hədəflərinə nail olunmasına töhfə vermək.
  • Komanda ruhunun və əməkdaşların motivasiyasının artırılması.

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Ə/h: Müsahibə əsasında və əlavə olaraq veriləcək əməkhaqqının iki misli qədər bonus almaq imkanı.
  • Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Şöbə müdiri (çağrı mərkəzi)” başlığı ilə elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
  • Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan bütün əlavə, göndərilən CV-lər məxfi məlumat bazasına daxil edilir.

Əlaqə nömrəsi  (+994 51) 2303407          
Vebsayt www.sizinlombard.az