İşin təsviri
İşin təsviri:
- İsitmə-soyutma, hava tədarükü sistemlərin, avadanlıqların mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərin icrası;
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
- İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud avadanlıq, elementlərin əvəzlənməsi, yeni avadanlıqların/elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;
- Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
- İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
- İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;
- Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;
- Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma aparmaq;
Tələblər:
- Yaş: 30- 45 yaş;
- İxtisası üzrə təhsil;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi.
- Havalandırma sistemləri üzrə biliklərin olması;
- Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
- İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;
- Tapşırılan işi vaxtında yerinə yetirmək;
- Müstəqil və komanda şəklində işləmək bacarığı;
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00;
- Qidalanma, yataqxana, nəqliyyat xərcləri şirkət tərəfindən təşkil olunub.
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə
“Havalandırma sistemləri üzrə usta” yazaraq qeyd edilmiş e-mail ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.