Ekspeditor

İşin təsviri

İşəgötürən: “UNIVERSAL AZ” MMC

Vəzifə: Ekspeditor

İşin təsviri:

  • Satış hədəflərinin vaxtlı vaxtında icra olunması - İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənməsi
  • Rut addımlarının düzgün icra olunması və təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi: - Rutu üzrə sahəyə çıxaraq müştəri vizitləri etməsi - Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi
  • Müştəri borc limitlərinin nəzarətdə saxlanılması - Müştəri loyallığını artıracaq tədbirlərin görülməsi - Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi
  • Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi - Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması - Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi - Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq - Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq
  • Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi
  • Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi

Vəzifəyə olan tələblər:

  • Ali təhsil
  • Satış sahəsində minimum 1 illik təcrübə
  • B kateqoriyalı sürücülük vəsiqəsi
  • Azərbaycan və rus dili biliyi (ingilis dili üstünlükdür)

Tələb olunan xüsusiyyətlər:

  • Müştəriyönümlülük
  • Müştərini qazanmaq qabiliyyəti
  • Ünsiyyətcillik
  • Dəqiqlik və  məsuliyyət
  • Problemləri həll etmə bacarığı
  • Komanda şəklində işləmək qabiliyyəti

Vəzifə ilə maraqlandığınız təqdirdə CV-lərinizi və ya istək məktubunuzu mövzü hissəsində “Ekspeditor” başlığını qeyd edərək  [email protected] ünvanına göndərə bilərsiniz.