SMM Mütəxəssis

İşin təsviri

SMM Mütəxəssis

İş barədə məlumat:

- Şirkətin sosial şəbəkələrdə səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi
- Web səhifəsinin idarə edilməsi, daim yenilənməsi ilə bağlı işlərin aparılması
- 6 günlük iş qrafiki

Namizədə tələblər

- Ali təhsil
- Punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Qrafik dizayn proqramlarını səthi bilmək (Photoshop, CorelDRAW) (retuş, dəyişmə, korreksiya və s.)
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti
- Azərbaycan və İngilis dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları; (Rus dilini bilənlərə üstünlük veriləcək)
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı
- İnternet-marketinq əlaqəsini qurma bacarığı
- Komandada işləmə bacarığı
- SMM sahəsi üzrə 1-ildən yuxarı iş təcrübəsi
- Yaş həddi  22-28

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində “SMM mütəxəssis” qeyd etməklə  [email protected] -mail ünvanına göndərmələri xahiş olunur.