İşin təsviri
İş barədə məlumat:
- Mağaza məhsullarının satışını həyata keçirmək
- Mağaza qaydalarına əməl etmək.
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək çeşidləri təqdim etmək
- Məhsulları təmiz və səliqəli şəkildə vitrinə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət
- Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq
- Satış texnikasının üslublarından effektiv istifadə etmək
- Müştəri məmnuniyyətinin təmin etmək
- Tele-satış etmək bacarığı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi:6 günlük iş qrafiki 10:00-20:00
- Əmək haqqı: 450+bonus
- Ünvan: Sabunçu Dəmiryolu Vağzalının 1-ci mərtəbəsi.
Namizəd üçün tələblər:
- Yaş həddi 20-35
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır)
- AR üzrə rəsmi sənədləşmə
- İş təcrübəsi: Elektronika və məişət malların satışı üzrə ən az 1 il təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir
- Komandada işləmək bacarığı
- Satış prinsipləri, müştəri xidməti standartları barədə biliklər
- Pozitiv, müştəriyönümlü, ünsiyyətcil, intizamlı, nitq mədəniyyəti, yüksək təqdimat bacarığı, şəxsi inkişafa meylli, nəticə üçün işləmək bacarığı
- İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan
Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi qeyd edilmiş e-mail ünvanına göndərə bilərsiniz.