İşin təsviri
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
- Layihədə dəyişikliklərin olunması və edilmiş dəyişikliklərin tikintidə tətbiqinə nəzarət etmək;
- Tikinti və təmirə görülən işlərin keyfiyyətinə nəzarət etmək;
- Yerində ölçü alımlarına və metraj hazırlanmasına töhfə vermək;
- Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq.
- İnşaat materiallarını tanımaq və onların inşaat normalarına uyğun istifadə qaydalarını bilmək və tətbiq etmək.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
- Ali təhsil (memarlıq üzrə məzun olmaq)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yaxşı səviyyədə Microsoft Office, Archicad Autocad proqram bilikləri;
- Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
- Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi;
Namizədlərdən şəkilli CV-lərini “Sahə memarı” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.