İşin təsviri
İş şəraiti:
- İş yeri: Azərbaycan Respublikası Ərazisi
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Əsas vəzifə öhdəlikləri:
- Prefabrik dəmir-beton konstruksiya elementlərinin və bünövrələrin layihə və işçi çertyojlarını, sənədlərini təhlil etmək, işlərə ümumi nəzarətin aparılması.
- Yerində beton tökmə işləri ilə əlaqədar layihə və işçi çertyojlarını, sənədlərini təhlil etmək, işlərə ümumi nəzarətin aparılması.
- Geologiya sənədlərini elmi əsaslarla təhlil etmək, qazma işlərinin sahədə normativ-texniki tələblərə uyğun şəkildə aparılmasına nəzarət göstərmək, bünövrə üçün təqdim edilmiş kipləşdirilmiş dolğu materialının geotexniki göstəricilər əsasında uyğunluğunu qiymətləndirmək və kipləşdirmə prosesini texnoloji tələblərə uyğun şəkildə idarə etmək.
- Montaj öncəsi konstruksiya elementlərinin ölçülərini, uyğunluğunu və sayını layihə ilə müqayisəli şəkildə yoxlamaq.
- Avtokran, qaldırıcı və digər xüsusi texnikanın işini düzgün planlaşdırmaq və rəhbərlik etmək.
- Montaj zamanı istifadə olunan birləşmə materiallarının (qumsement məhlulu, qaynaq, bolt, anker və s.) keyfiyyətinə nəzarət etmək.
- Keyfiyyətə nəzarət sənədləri, montaj aktları və icra sənədlərini hazırlamaq.
- Podratçılar, texniki nəzarət, layihəçi və digər tərəflərlə işgüzar əlaqələri idarə etmək.
- Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi.
- Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi.
Namizəddən gözləntilər və tələblər:
- Mühəndislik və ya tikinti sahəsi üzrə ali təhsil
- Komandada idarəetmə və qərarvermə qabiliyyəti;
- Güclü analitik və təşkilatçılıq bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür.
- Komandada işləmək bacarığı, məsuliyyətli və dəqiq iş prinsipi.
- Azərbaycan ərazisi üzrə ezamiyyətə gedilməsi.
- Sürücülük vəsiqəsinin olması zəruridir, şəxsi avtomobillin olması üstünlükdür.
Biz sizə təklif edirik:
- Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı.
- Davamlı peşəkar inkişaf və təlim dəstəyi.
- Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
- Rəqabətli əmək haqqı.
- Karyera yüksəlişi perspektivi.
Müraciət qaydası:
CV-nizi və əgər varsa portfolionuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Sahə Mühəndisi” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.