Konstruktor-mühəndis

  • Betonist
  • Elanın qoyulma tarixi: 15.05.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti:

  • İş yeri: AĞDAM RAYONU, AĞDAM SƏNAYE PARKI
  • İş qrafiki: Tam ştat
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Əsas vəzifə öhdəlikləri:

  • Prefabrik konstruktiv elementlərin (panellər, kirişlər, sütunlar, döşəmə plitələri və s.) layihələndirilməsi və texniki hesablamalarının aparılması.
  • Layihə spesifikasiyalarına və mövcud tikinti normalarına (Eurocode, SNİP, DBN və s.) uyğun statik və dinamik hesablamaların edilməsi.
  • İşçi və montaj çertyojlarının hazırlanması və texniki sənədlərin toplanması.
  • İstehsalat və montaj mərhələsində texniki dəstəyin göstərilməsi, sahədə yaranan suallara operativ texniki həllərin verilməsi.
  • Müxtəlif layihə komandaları ilə sıx əməkdaşlıq (arxitektorlar, texnoloqlar, sahə mühəndisləri və s.).
  • Texniki audit və layihə sənədlərinin yoxlanması.

Namizəddən gözləntilər və tələblər:

  • İnşaat mühəndisliyi, konstruktiv layihələndirmə və ya oxşar ixtisas üzrə ali təhsil.
  • Konstruktor və ya layihə mühəndisi kimi ən azı 3-5 il iş təcrübəsi.
  • Konstruksiyaların dizayn prinsiplərini və istehsal texnologiyasını dərindən bilmə.
  • Aşağıdakı proqramlarla işləmə bacarığı:
  • AutoCAD (çertyojların hazırlanması üçün)
  • SAP2000 və LİRA (statik və konstruktiv hesablamalar üçün)
  • Texniki sənədlərlə işləmək bacarığı, tikinti və istehsalat standartlarının mənimsənilməsi.
  • Komandada işləmək bacarığı, məsuliyyətli və dəqiq iş prinsipi.
  • Layihə üzrə vaxtında və keyfiyyətli texniki həllər təklif etmək bacarığı.

Biz sizə təklif edirik:

  • Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı.
  • Davamlı peşəkar inkişaf və təlim dəstəyi.
  • Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
  • Rəqabətli əmək haqqı.
  • Rahat və təhlükəsiz iş şəraiti.
  • Karyera yüksəlişi perspektivi.
  • Qidalanma və yaşayış yeri

Müraciət qaydası:

CV-nizi və əgər varsa portfolionuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Konstruktor” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.

Betonist tərəfindən digər vakansiyalar