Təyin olunmuş ərazi üzrə müştərilərin biznes və təsərrüfatlarına səfər edərək potensial müştərilərlə görüşmək
Müştəri ehtiyaclarını anlayaraq təşkilatın mövcud kredit məhsullarını, habelə bu məhsulların şərtlərini izah etmək
Marketinq və təqdimat məqsədilə, həmçinin yeni satış imkanları əldə etmək üçün posterlər, broşuralar, flayer kimi materialları hədəf müştəri qruplarına yaymaq
Kredit təhlili və anderraytinqi üçün Mərkəzləşdirilmiş Kredit Satış qrupuna bütün zəruri sənədləri təqdim etmək
Müştəri cəlbi, planlaşdırılan fəaliyyətlərə dair Ərazi Menecerinə müntəzəm hesabat təqdim etmək
Tələblər
Namizəddən tələblər:
Ali təhsil və ya Kollec təhsili
Birbaşa müştəri cəlbində iştirak etməklə, Banklarda və ya Bank olmayan kredit təşkilatları / Lizinq şirkətilərində Mikro və biznes kreditlərinin verilməsində minimum 2 il iş təcrübəsi
Güclü dinləmə, təqdimat, ünsiyyət və vaxt idarəetmə bacarıqları
Məhsul və xidmətlərin satış texnikalarına bələd olmaq
Müştəri ehtiyaclarını anlamaq, müxtəlif profildə olan müştərilərlə məhsuldar ünsiyyət qura bilmək və idarə etmək bacarığı
Microsoft Ofis proqramlarından istifadə edə bilmək bacarığı