Müştəri Əlaqələri üzrə Kiçik İşçi (Qax filialı)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 02.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
  • Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərinin keyfiyyətlə və zamanında qəbulunu təmin etmək və bu müraciətləri təlimat üzrə aidiyyatı şöbələrə operativ çatdırmaq;
  • Kreditlərin rəsmiləşdirilməsi, sənədləşdirilməsi və müştərilərə çatdırılma kanallarını dəstəklə təmin etmək;
  • Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə filialın inzibati işlərini icra etmək və arxiv funksiyasını idarə etmək;
  • Tələb olunan hesabatları hazırlamaq və birbaşa menecerinə təqdim etmək;
  • Təşkilat tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
  • Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlıq qurmaq;
  • Digər öhdəlik və tapşırıqları keyfiyyətlə/zamanında icra etmək;

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili; Maliyyə/İqtisadiyyat və ya oxşar sahələr üzrə ixtisaslı namizədlərə üstünlük verilir;
  • Müştəri Xidmətləri və Arxa Ofis üzrə müəyyən iş təcrübəsinin olması;
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Məsuliyyətli və təşəbbüskar olmaq;
  • İşgüzar, özünüinkişafa meyilli və aktiv olmaq;
  • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;

Dil Bilikləri:

  • Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

İşəgötürənin reytinqi