İşin təsviri
                
                
                                
                Namizədə olan tələblər: 
	- Ali təhsil (maliyyə,vergi, biznesin idarə olunması sahələri üzrə); 
 
	- Aparıcı Mühasib olaraq minimum 3 il iş təcrübəsi;
 
	- Vergi və Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
 
	- Mühasibat uçotunun Beynalxalq standartlarını bilməli
 
	- 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
 
	- Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı.
 
Vəzifə öhdəlikləri:
	- Vergi (ƏDV, Mənfəət , Vahid bəyannamə), Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və digər dövlət qurumlarına hesabatlarının hazırlanması
 
	- Dövlət qurumlarından daxil olan məktubların (kameral) cavablandırılması ;
 
	- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
 
	- Ödəniş və bank sənədlərinin tərtib olunması;
 
	- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək
 
	- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) proqram təminatı (1 C 8.3) əsasında hazırlamaq və s.
 
İş Şəraiti:
	- Əmək haqqı: 1200-1500 AZN (NET)
 
	- İş qrafiki : Tam iş günü (5 gün)
 
	- İş saatları: 09:00-18:00. 
 
	- İş yeri: Bakı şəhəri, Caspian Plaza
 
Namizədlərdən şəkilli CV-lərini “Böyük mühasib” mövzusu ilə email ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.