İşin təsviri
                
                
                                
                İş rejimi: 
	- Həftədə 5 gün, 09:00-18:00
 
	- Nahar fasiləsi: 13:00-14:00-dək
 
	- Şənbə və bazar istirahət günü
 
	- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən olunacaqdır
 
	- Yaş həddi 25-45
 
Vəzifə öhdəlikləri:
	- Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
 
	- Vergi, Statistika, DSMF, Məşğulluq idarəsinə hesabatların hazrılanması və təqdim edilməsi
 
	- Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi
 
	- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
 
	- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
 
	- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
 
	- Balans, avans hesabatının aparılmasını təmin etmək;
 
	- Satış komandasını idarə etmək və cari işləri komanda arasında bölmək
 
	- Müştəri müqavilələri hazırlamaq
 
	- Müştərilərin vaxtında ödəniş etməsini izləmək və təmin etmək
 
Namizədə tələblər:
	- Ali iqtisadi təhsil
 
	- Dürüst, punktual, diqqətli, işə ciddi olmalıdır və ünsiyyət qurmağı bacarmalıdır
 
	- Azərbaycan dilində səlis, rus dilində orta səviyyədə danışıq qabiliyyəti (ingilis dili üstünlükdür)
 
	- İlkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
 
	- Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
 
	- Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa bilmə bacarığı
 
	- Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür.
 
Göstərilən tələblərə uyğun bəy/xanım namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur.