İşin təsviri
İş yeri: “Azeri Express Services” MMC, Yahya Bakuvi 84
İş rejimi:
- Həftədə 6 gün
- Nahar fasiləsi: 13:00-14:00-dək
- Bazar istirahət günü
- Əmək haqqı: müsahibə əsasında
Vəzifə öhdəlikləri:
- Anbar işinin ümumi idarə edilməsi;
- Malların qəbul, yerləşdirmə və buraxılış proseslərinə nəzarət;
- İşçi heyətinin fəaliyyətinə rəhbərlik və iş bölgüsünün təşkili;
- Anbarın səliqə-sahmanının və təhlükəsizlik qaydalarının qorunması.
- Rəhbərliyin digər tapşırıqlarını icra etmək
Namizədə tələblər:
- Bəy namizədlər
- Yaş həddi 25-45
- İdarəetmə və təşkilatçılıq bacarığı;
- Komandada işi düzgün bölmək və nəzarət etmək bacarığı;
- Məsuliyyətli, nizamlı və operativ işləmək;
- Anbar və ya oxşar sahədə təcrübə arzuolunandır;
- Dürüst, punktual, diqqətli, işə ciddi olmalıdır və ünsiyyət qurmağı bacarmalıdır
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti
- Kompüter bilikləri – MS Office proqramlarından istifadə bacarıqları
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş anbardar” qeyd etməyiniz xahiş olunur.