İşin təsviri
                
                
                                
                İş rejimi: 
- Həftədə 5 gün, 09:00-18:00
 
- Nahar fasiləsi: 13:00-14:00-dək
 
- Şənbə və bazar istirahət günü
 
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən olunacaqdır
 
- Yaş həddi 25-45
 
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
 
- Vergi, Statistika, DSMF, Məşğulluq idarəsinə hesabatların hazrılanması və təqdim edilməsi
 
- Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi
 
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
 
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
 
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
 
- Balans, avans hesabatının aparılmasını təmin etmək;
 
- Satış komandasını idarə etmək və cari işləri komanda arasında bölmək
 
- Müştəri müqavilələri hazırlamaq
 
- Müştərilərin vaxtında ödəniş etməsini izləmək və təmin etmək
 
Namizədə tələblər:
- Ali iqtisadi təhsil
 
- Dürüst, punktual, diqqətli, işə ciddi olmalıdır və ünsiyyət qurmağı bacarmalıdır
 
- Azərbaycan dilində səlis, rus dilində orta səviyyədə danışıq qabiliyyəti (ingilis dili üstünlükdür)
 
- İlkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
 
- Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
 
- Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa bilmə bacarığı
 
- Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür.
 
Göstərilən tələblərə uyğun bəy/xanım namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur