Təchizat üzrə mütəxəssis

  • Avant Group
  • Elanın qoyulma tarixi: 20.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Şirkətin satınalma/təchizat zənciri ehtiyaclarının qarşılanması;
  • Malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə alışının təmin edilməsini həyata keçirmək;
  • Gündəlik satınalma fəaliyyəti ilə əlaqədar olaraq işlərin idarə edilməsi, istək, tələb və sorğuları aydınlaşdırmaq məqsədilə müştərilərlə daim ünsiyyətdə qalma və məsləhətləşmələrin həyata keçirilməsi;
  • Tədarükçülərin axtarışı; 
  • Xammal və avadanlıqların alışını həyata keçirmək;
  • Alınmış malların 1C proqramında qeydiyyatının aparılması;
  • Tədarükçülərlə sifarişlərin yerləşdirilməsi və tədarüklərin müddət və şərtlərini razılaşdırmaq üçün danışıqlar aparmaq;
  • Tədarükçülərlə müqavilələrin bağlanma və onlara əməl edilməsinə nəzarət etmək;
  • Qiymət araşdırılmasını həyata keçirmək;

Vəzifəyə olan tələblər: 

  • Ali təhsil;
  • Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili biliyi;
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
  • MS Office (Word, Excel və 1C) yüksək səviyyədə bilmək; 
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşüncə bacarığı

İş Şəraiti:

  • İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • İş yeri- Çıraq Plaza

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Təchizat üzrə mütəxəssis ” yazaraq
[email protected] mail ünvanına göndərə bilərlər.