Ofisiant

  • City Garden
  • Elanın qoyulma tarixi: 18.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Ofisiant

Tabeçiliyi: Restoran meneceri

Tələblər:

1. 1-3 il iş təcrübəsi
2. Azərbaycan və Rus dilləri
3. Səliqəli və işinə məsuliyyətli
 
Əlavələr:

1. Yeni açılacaq Premium class restoran
2. Normal iş qrafiki
3. Yemək şirkət tərəfindən ödənilir və s.

Əmək funksiyaları:

 Tətbiq edilən standartlar çərçivəsində müştərilərə xidmət,  müştəri məmnuniyyəti və müştərilərə xüsusi məsləhətlər verərək yemək və içki satışının artırılması 
 Ardıcıl və yaddaqalan xidmətin təmin edilməsi, xidmət standartlarına əməl edilməsi 
 Restoranın müştəri xidmətinə aktiv şəkildə öz töhfəsini vermək
 Öz işində xərclərin strukturunu nəzərə almaq
 Daxili toplantılarda və treninqlərdə iştirak etmək
 Müştərilərin təsisə daxil olduğu andan təsisi tərk etdiyi ana qədər onlara standartlara uyğun olaraq xidmət göstərmək
 Qrup rəhbərinin göstərişlərinə şüurlu şəkildə əməl etmək, onları düzgün yerinə yetirmək
 Restoranın təklif etdiyi bütün xidmətlər haqqında, o cümlədən yemək və içki xidməti təmin edən təsislərin açılış vaxtları haqqında  ətraflı məlumatları bilmək və bu məlumatlardan mehmanxana daxili satışların aktiv şəkildə inkişaf etdirilməsi üçün istifadə etmək
 Özündən əvvəlki növbəni qəbul etmək və öz növbəsinin əvvəlində işin həcmi, VİP müştərilər, aydınlıq gətirilməli məsələlər və başa çatdırılmalı işlər, xüsusi tədbirlər barədə müvafiq məlumatları almaq və bu məlumatları özündən sonrakı növbəyə ötürmək
 Micros nağd vəsait sistemindən istifadə edə bilmək. İş günü sonunda ödəniş hesablarının yazılması. Rezervasiyaların düzgün qeyd edilməsi  və lazım olarsa göstərilən xidmətlərə aid nağd ödənişlərin tələb edilməsi. Bütün transaksiyalar barədə qeydlərin tutulması  .
 İstifadə edilən bütün texniki avadanlıqların təhlükəsiz şəkildə işlədilməsi

QEYD: Xahiş olunur  "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunsun, əks halda  "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitəsi :

E - mail :  [email protected]