Hostes

  • City Garden
  • Elanın qoyulma tarixi: 18.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Hostes

Tabeçiliyi: Restoran meneceri

Tələblər

1.1il iş təcrübəsi
2. Azərbaycan, Rus və Ingilis dilləri
3. Səliqəli və işinə məsuliyyətli

Əlavələr

1. Yeni açılacaq Premium class restoran
2. Normal iş qrafiki
3. Yemək şirkət tərəfindən ödənilir və s.

Əmək funksiyaları:

 Yeni gələn müştəriləri qarşılayır, oturmaları üçün masalar təklif edir, onları seçdikləri masalara müşayiət edir, menyunu təqdim edir
 Növbələr ilə rəhbərlik arasında əlaqələrin koordinasiya edilməsi məqsədilə qeydiyyat jurnalına daxil edilən məlumatları oxuyur, jurnala gündəlik qeydlər edir.
 Yemək zalının lazımi qaydada tərtib edilməsinə, işçilərin uniformalarına və xarici görünüşünə gündəlik nəzarət edir.
 Cari stimullaşdırıcı tədbirlər, günün xüsusi yeməyi, müştərilərin irad və şərhləri, gündəlik hadisələr və müvafiq qeydlər barəsində işçiləri məlumatlandırmaq məqsədilə gündəlik toplantılar təşkil edir.
 Masa sifarişlərini  və restoranda keçiriləcək  xüsusi tədbirlərlə əlaqədar sifarişləri qəbul edir,  bu sifarişlərlə əlaqədar qeydlər edir və lazımi tədbirləri həyata keçirir.
 Restoranın açılması və bağlanması ilə əlaqədar işləri icra edir. Digər işçilərə əlavə işlərdə, o cümlədən təmizlik, ərzaq ehtiyatlarının təmin edilməsi və salfetlərin qatlanmasında yardım edir. Məkan daxilində qəhvədanların və çaydanların daşınması, istəyən müştərilərin fincanlarının yenidən doldurulması, müştərilərin xüsusi istəklərinin yerinə yetirilməsi və s. kimi tapşırılan digər işləri icra edir.
 Müştərilər, rəhbərlik və xidmət işçiləri arasında açıq ünsiyyət vasitələri formalaşdırır.
 Tələb edilən toplantılarda iştirak edir.

QEYD: Xahiş olunur  "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunsun, əks halda  "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitəsi :

E - mail :  [email protected]