HR Menecer

  • TVM Construction
  • Elanın qoyulma tarixi: 19.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işini təşkil edir;
  • Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun vaxtında həyata keçirilməsinə nəzarət edir;
  • İşçilərin tabel uçotuna və onların işə davamiyyətinə nəzarəti həyata keçirir;
  • Təşkilati strukturu hazırlayır;
  • İşə qəbul prosesində vakansiya və müsahibələri izləyir;
  • İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət edir;
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulunun və işdən azad edilməsinin vaxtında həyata keçirilməsinə nəzarət edir;
  • Aylıq hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
  • Daxil olan CV-lərin dəyərləndirilməsi;
  • Uyğun namizədlərlə görüşlərin aparılması və onların dəyərləndirilməsi;
  • İş yerindən kənar təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq olduğu təqdirdə təlim mənbələrinin tapılması və onun icrasının dəstəklənməsi;
  • İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsi;
  • İşçilərin yüksək əmək məhsuldarlığı göstərmələri üçün motivasiya edilməsi;
  • İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin etmək;
  • Əmək məhsuldarlığının təhlil edilməsi.

Namizədə tələblər:

  • Cinsi: Qadın;
  • Müvafiq sahə üzrə Ali təhsil;
  • İR mütəxəssisi vəzifəsində iş təcrübəsi (Tikinti sahəsində təcrübəsi olan daha çox üstünlük veriləcək);
  • AR Əmək Qanunvericiliyini bilməli;
  • Ms Office (Outlook, Word, Excel), 1C 8.3 ERP proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dili biliyi əla səviyyədə, rus dili və ingilis dili bilənlərə üstünlük veriləcək;
  • Sənədləşdirmə və yazışma qaydalarını yüksək səviyyədə bilməlidir;
  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq;
  • Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma

Əmək şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
  • Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək (şənbə günü - 10:00-dan 15:00-dək)

Qeydlər: CV-yə bir ədəd şəkil əlavə olunmalıdır.

Vəzifəyə aidiyyəti olmayan şəxslər qeydə alınmayacaq

Müraciət etdiyiniz vəzifəni mövzu yerində “HR manager” yazaraq email ünvanına göndərə bilərsiniz.

Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq müsahibə əsasında təyin ediləcək