Anbardar

  • TVM Construction
  • Elanın qoyulma tarixi: 28.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək və kompüterə daxil etmək;
  • 1C proqram təminatı vasitəsi ilə anbar qalıqlarının daxil edilməsi və istifadə olunan mal-material siyahısının hazırlanması;
  • Anbara gündəlik daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək (anbar əməliyyatlarının 1C ERP bazasına işlənilməsi (anbara daxil olma – anbardan çıxma));
  • Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
  • Anbarda olan məhsulların inventarizasiyası, malların sayı və hərəkəti haqqında rəhbərliyə aylıq hesabatın təqdim olunması;
  • Anbardakı malların dövriyyəsinin analizi;
  • Anbarda keçirilən sayımlarda iştirak etmək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (bakalavr)
  • Ən azı 1-3 il iş təcrübəsi, tikinti sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək;
  • ERP; 1C  Word və Excel proqramlarını sərbəst istifadə etmək bacarığı;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Analitik təhlil, operativlik və gördüyü işə cavabdehlik;
  • Verilən tapşırıqların düzgün yerinə yetirilməsi;
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Laçın şəhəri
  • İş qrafiki: həftənin 6 günü
  • Təminatlar: korporativ nömrə , gündə 3 dəfə qidalanma və qalmaq üçün yerlə təmin olunacaq.
  • Əmək haqqı: Görüş zamanı razılaşma yolu ilə müəyyən olunacaq

CV-ləri e-mail ünvanına “Anbardar” başlığı ilə göndərməyiniz xahiş olunur.