Fitness-Spa menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Qonaqların qarşılanması,  FİTNES SPA bölməsində qeydiyyata alınması və xidmətlərlə bağlı məlumatların verilməsini təşkil etmək;
  • FİTNES SPA bölməsi üzrə gündəlik işlərə nəzarət etmək və qonaq gözləntilərinin qarşılanması və müştəri məmnuniyyətinin maksimuma çatdırılmasını təmin etmək;
  • Müştərilərin qəbul, rezervasiya proseslərinə şəxsən nəzarət etmək;
  • Tələb olunduqda SPA və Fitness  mərkəzini və proqramları göstərmək üçün qrup tədbirlərinin təşkilatçıları ilə görüşmək;
  • SPA gəlirlərinin artırılması məqsədi ilə xüsusi proqramlar işləyib hazırlamaq və müştərilərə təqdim etmək;
  • Fitness üzrə təşviqat və media ilə bağlı bütün məsələlərdə hotelin ictimaiyyətlə əlaqələr üzrə şöbəsi ilə səmərəli şəkildə fəaliyyət göstərmək;
  • Hotel daxilində bütün şöbələr arasında effektiv kommunikasiyanın təmin edilməsini təmin etmək;
  • Standart əməliyyat prosedurlarına dair təlimatın işlənib hazırlanması və ona riayət edilməsini təmin etmək;
  • SPA və Fitness Şöbəsi işçiləri və köməkçi işçilərin işə götürülməsi, inkişafı və təliminə yardım göstərmək, peşəkar komanda mühiti yaratmaq, işçi heyətinə təlimlərin verilməsi və heyətin idarə edilməsi;
  • Pul, kassa əməliyyatları üzrə gündəlik hesabatların dəqiqliklə hazırlanması üçün daimi təlimləri təşkil etmək;
  • SPA inventarlarının uçotuna nəzarət və SPA məhsullarının maksimum xidmətə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq;
  • Digər şöbə işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti hotelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Azərbaycan, ingilis dilləri - əla , rus dili bilməsi arzuolunandır
  • Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı
  • Ali (bakalavr) təhsili
  • Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini  yerində tapmaq
  • Aktiv ve pozitiv enerjiyə sahib olmalı
  • Kreativ şəxs olmalı, qadın namizədlərə üstünlük veriləcəkdir
  • Micros POS əməliyyat sistemindən istifadə bacarığı
  • SPA və Fitness şöbəsində menecer vəzifəsində 2 il və daha çox təcrübəsi olan namizədlərə üstünlük verilir;

Qeyd: İş yeri Bakı şəh.Səbail rayonu

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (SPA və Fitness şöbəsinin meneceri) göstərilməklə   elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

Əmək haqqı müsahibə zamanı təyin olunacaq.

Green City Resort & Residence tərəfindən digər vakansiyalar