SMM (Sosial Media Meneceri)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, və s.) idarə olunması və gündəlik aktiv saxlanılması;
  • Kontent planının hazırlanması, paylaşım cədvəllərinin qurulması və brend tonuna uyğun məzmun yaradılması;
  • Rəqiblərin fəaliyyətini və bazar tendensiyalarını daim izləmək, yeni trendləri tətbiq etmək;
  • Sosial mediada reklam kampaniyalarının planlanması, icrası və nəticələrinin analizi;
  • Brendin sosial mediada tanıtımı üçün kreativ ideyalar və strategiyalar hazırlamaq;
  • İzləyici sorğularına, şərhlərə və mesajlara vaxtında cavab vermək, brend imicini qorumaq;
  • Aylıq analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  • Minimum 2 il SMM sahəsində iş təcrübəsi;
  • Rəqəmsal marketinq, kommunikasiya üzrə ali təhsil üstünlükdür;
  • Sosial media alqoritmləri, trendləri və analitik alətlər (Meta Business Suite, TikTok Ads, Google Analytics və s.) haqqında bilik;
  • Kreativ düşüncə və vizual zövq;
  • Kontent yaratmaq, foto və video redaktə proqramlarında (Canva, CapCut, Photoshop) işləmə bacarığı;
  • Azərbaycan sərbəst, ingilis dili, rus dili biliyi arzuolunandır;
  • Yüksək məsuliyyət, komanda ilə işləmə bacarığı və vaxtın effektiv idarə olunması.

Üstünlüklər:

  • Trend analizlərinə əsasən kontent ideyaları hazırlamaq bacarığı;
  • İzləyici auditoriyasını böyütmək üçün strategiyalar təklif etmək;
  • Müxtəlif sahələrdə (təhsil, texnologiya, xidmət, moda və s.) brendlərlə işləmə təcrübəsi;
  • Bazar araşdırması apararaq rəqiblərin reklam və kontent strategiyalarını analiz etmək bacarığı.

Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.