İşin təsviri
İş şəraiti
- İş qrafiki: 10:00 – 19:00
- Əməkhaqqı- Müsahibə əsasında təyin olunacaqdır
Vəzifə öhdəlikləri:
- Server tərəfli arxitekturanın hazırlanması və optimallaşdırılması.
- API-lərin qurulması, inkişaf etdirilməsi və sənədləşdirilməsi.
- Mövcud backend sistemlərinin dəstəyi və təkmilləşdirilməsi.
- Yeni funksionallıqların layihələndirilməsi və implementasiyası.
- Frontend komanda ilə sıx əməkdaşlıq.
- Verilənlər bazasının optimallaşdırılması və təhlükəsizliyin təmin edilməsi.
- Kodun test olunması və performans problemlərinin aradan qaldırılması.
Tələblər:
- Backend üzrə minimum 2 il iş təcrübəsi.
- Aşağıdakılardan ən azı biri üzrə güclü bilik:
- Node.js, Laravel/PHP, Python (Django/Flask) və ya .NET Core
- REST API və/lə GraphQL ilə işləmə bacarığı.
- MySQL/PostgreSQL kimi verilənlər bazalarında təcrübə.
- Git ilə işləmə bacarığı.
- Microservice Architecture barədə bilik üstünlükdür.
- Docker, CI/CD, Redis bilikləri üstünlükdür.
- Əla problem həll etmə və komanda ilə işləmə bacarığı.
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.