İşin təsviri
Vəzifə öhdəlikləri:
- Direktorun gündəlik iş qrafikinin idarə olunması və görüşlərin təşkil edilməsi
- Yazışmaların (Azərbaycan və İngilis dillərində) aparılması
- Sənədlərin hazırlanması, arxivləşdirilməsi və təqdimatların tərtibi
- Rəsmi qonaqların qarşılanması və işgüzar yazışmalara dəstək
- İşgüzar səfərlərin və tədbirlərin planlaşdırılması
- Ofis işlərinin koordinasiyası və rəhbər tapşırıqlarının vaxtında yerinə yetirilməsi
Namizəd üçün tələblər:
- Bəy namizəd
- Ali təhsil (idarəetmə, beynəlxalq münasibətlər və ya müvafiq sahə üstünlükdür)
- İngilis dilində sərbəst danışıq və yazı bacarığı (B2 və yuxarı səviyyə)
- Ofis proqramlarını (Word, Excel, PowerPoint) mükəmməl bilmək
- Məsuliyyətli, operativ və etik davranışlı olmaq
- Təzyiq altında işləmək və prioritetləri düzgün müəyyən etmək bacarığı
Üstünlük veriləcək:
- Beynəlxalq şirkətdə və ya təhsil sektorunda iş təcrübəsi
- Tərcümə və ya inzibati dəstək sahəsində bacarıqlar
- Təşkilatçılıq və zaman idarəetməsi qabiliyyəti
- Sürücülük vəsiqəsi olan namizədlərə
Təklif etdiklərimiz:
- Rəqabətədavamlı əməkhaqqı (müsahibə əsasında müəyyən edilir)
- Peşəkar və beynəlxalq mühitdə işləmək imkanı
- Karyera inkişafı və təlim proqramlarında iştirak şansı
- Sakit, mədəni və intizamlı iş atmosferi
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.