Outgoing Tour Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilərə xarici turlar haqqında məlumat vermək
  • Fərdi və qrup turların hazırlanması və satışı
  • Otel, aviabilet, transfer və əlavə xidmətlərin təşkili
  • Müştərilərlə səmərəli ünsiyyət və satış prosesinin idarə edilməsi
  • Turların rezervasiya sistemlərində işləmək

Namizədə tələblər:

  • Yaş: 20–30 yaş arası
  • Xanım ve Bey namizədlər (Xanım namizədlərə üstünlük verilir)
  • Təcrübə tələb olunmur — iş prosesi şirkət tərəfindən öyrədiləcək
  • İngilis və rus dilləri arzu olunandır
  • Kompüterdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır
  • Aktiv, səlis danışıq və satış bacarığı vacibdir
  • Komandada işləmək və şirkətə bağlılıq hissi önəmlidir
  • İşə qəbul rəsmi müqavilə ilə həyata keçirilir

Təklif etdiklərimiz:

  • Əməkhaqqı: 400 AZN başlanğıc (intervyu nəticəsinə əsasən müəyyən edilir)
  • Nəticələrə görə maaş 1000 AZN-dək arta bilər
  • Əlavə 15–30% komissiya sistemi (bütün işçilərə stabil tətbiq olunur)
  • Şirkət tərəfindən ödənişsiz təlim və inkişaf proqramları
  • 6 aydan bir qrup turlarında tur rəhbəri kimi iştirak imkanı
  • Gənc, dinamik və peşəkar komanda

İş yeri: Bakı
Maraqlanan namizədlər cv-lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.