Hüquqşünas

  • SV Group
  • Elanın qoyulma tarixi: 14.05.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SV Qrup MMC şirkəti

Kateqoriya- mütəxəssis

Vəzifə  - Hüquqşünas

İş yeri – Bakı şəhəri

Maaş - 1000-1500AZN

Yaş - 35 və 50

Təhsil – ali- hüquq.

Namizədə dair tələblər

• Ali- hüquq təhsili;
• İxtisas üzrə 10 ildən az olmayaraq tikinti sektorda praktiki iş təcrübəsi;
• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
• Rus və İngilis dillərini bilmək (üstünlük verilir)
• Öz vaxtını effektli şəkildə idarə etməyi bacarmaq və vəzifənin icrasını dəqiq vaxtında bitirmək;
• İnformasiya-hüququ və axtarış sistemləri ilə iş bacarıqları;
• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
• Düzlük, təşəbbüsçülük, işləmək qabiliyyəti;

Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, muəssisənin huquqi fəaliyyəti üzrə normativ huquqi sənədləri, metodik və normativ materialları, mulki, əmək, maliyyə, gömrük, inzibati, və beynəlxalq hüququn əsas normalarını, vergi və ekologiya qanunvericiliyini, müəssisənin maliyyə-təsərrufat fəaliyyətinin uçotunun aparılması və hesabatının tərtib edilməsi qaydasını, tikinti sahəsi üzrə qanunvericiliyi, hüquqi sənədlərin tərtib edilməsi qaydalarını, mülki müqavilələrin layihələrinin hazırlanması; Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə-layihələrin qanunvericiliyə uyğun olması; müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi və s.

İş barədə məlumat:

Altıgünlük iş həftəsi (40/6), yüksək səviyyəli əmək şəraiti, işçi naharla təmin olunacaq, gördüyü işə mütənasib olaraq əmək haqqına əlavələr (bonuslar) ediləcək. İstirahət günləri hər həftənin Bazar günləridir. Əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün hüquqlarlarının təmini.

Xahiş olunur, CV-lərinizi “subject” hissəsində “Hüquqşunas” qeyd etməklə [email protected] elektron ünvanına göndərəsiniz.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.