Auditor

  • SV Group
  • Elanın qoyulma tarixi: 23.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə:  Auditor
 
Vəzifə üzrə fəaliyyət:

• Rəhbərliyin tapşırığı ilə şirkətin fəaliyyətinin hər hansı bir sahəsinin auditini aparmsı.
• Maliyyə hesabatlarının əhəmiyyətli səhvlərdən azad olunmasını təmin etmək məqsədi ilə maliyyə hesabatlarının və digər məlumatlarının müstəqil yoxlanılması, audit zamanı müəyyən olunmuş nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər verilməsi.
• Auditlər zamanı aşkar edilmiş istisnalar və problemləri, onlar haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmaların aparılması.
• Daxili audit aparılması zamanı uçot-statistik, məsrəflərin planlaşdırılması və icrası, normativ hüquqi sənədlərin və şirkətdaxili qaydaların tələblərinə riayət olunması, verilən tapşırıqlara və göstərişlərə riayət olunması, məlumatların məxfiliyi və ümumiyyətlə bütün sahələrin yoxlama ilə əhatə edilməsini təmin etmək.
 
Vəzifəyə olan tələblər:

• İqtisadi, maliyyə və ya hüquqi təhsil
• Azərbaycan Respublikasının Auditorlar Palatasından lisenziya mövcudluğu
• Azərbaycan Respublikası Vergi qanunvericiliyini yüksək səviyyədə bilməyi
• 5 il auditor fəaliyyəti təcrübəsi
• Peşakar bilik səviyyəsi,
• Azərbaycan və İngilis dilində sərbəst oxuyub-yazmaq
• Ehtiyatlılıq və dəqiqlik.
• Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək,
• Vətəndaş qüsursuzluğuna malik olmaq,
• Kollektivdə işləmək qabiliyyəti,
• Qarşısına qoyduğu məqsədə çatmaq və insanlarla tez ünsiyyətə girə bilmə qabiliyyəti,
• Kompüterdə  işləyə bilmə qabiliyyəti,
• ezamiyyətə getmək imkanı.
 
Bu tələblərə cavab verən namizədlər CV-ləri məktubun mövzusu bölməsində Auditor qeyd etməklə [email protected]  ünvanına göndərə bilərlər.  Yalnız göstərilən tələblərə uyğun olan namizədlər növbəti mərhələyə dəvət olunacaq.

Əmək haqqı hər namizəd ilə fərdi müzakirə olunacaq.