Topoqraf

  • Qala Group
  • Elanın qoyulma tarixi: 05.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Layihə haqqında məlumat:

SeaBreez-də yerləşən “Marina Village Sea Breeze” yaşayış kompleksi daxilində 5 hektar ərazidə İnşa olunan 7 yaşayış binasının Tikintisi, Fit-out layihələri , və kompleksin ərazisinin abadlıq işlərinin görülməsi.

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:

  • Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili;
  • Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi;
  • Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması;
  • Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
  • Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi;
  • Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
  • Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Ali təhsil: Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisası üzrə ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi.
  • Kompüter bilikləri: Microsoft office, AutoCad və s. soft proqram bilikləri.
  • İş yeri: Bakı, Sea Breeze ərazisi
  • Nahar  şirkət tərəfindən qarşılanır
  • Diqqətli və məsuliyyətli olmaq;
  • Planlama və təşkilatçılıq qabiliyyəti.
  • Müqavilə:Əmək müqaviləsi
  • Əmək haqqı müsahibə əsasında.

Namizədlərdən şəkilli CV-lərini “Topoqraf” mövzusu ilə  e-mail ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi