Sales team leader

İşin təsviri

Namizəd üçün tələblər:

  • Ali təhsil
  • Tələb olunan vəzifə üzrə istehsalatda minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan, Rus dilli Englis dili Əla
  •  MS Office (Word, Excell) yaxşı bilmək.
  • Planlama və təşkiletmə bacarığı
  • Məsuliyyət götürmə və hesabat vermə bacarığı

Vəzifə öhtəlikləri:

  • Oteldə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq.
  • Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq. 
  • Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
  • Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “Yeni Naftalan Hotel Company MMC təmsil edən, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək.
  • Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq.
  • Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq.
  • Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək.
  • Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Satış üzrə direktora təqdim etmək.
  • Bazarın tələblərini və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək.
  • Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq.
  • Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq.
  • Məhsula dair bilikləri daima yeniləmək.
  • Sənaye, şirkətin və ya otel tərəfindən tələb olunduqda, şöbənin funksiyalarında baş vermiş hər hansı dəyişikliyə uyğunlaşmaq.
  • Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
  • Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
  • Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
  • Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
  • Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.
  • Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.