Senior Sous Chef – Baş Aşpaz

İşin təsviri

Department:  Mətbəx

Position:  Senior Sous Chef –Baş Aşpaz

Employer: Naftalan Hotel Qashalti

Address: Naftalan, Qashalti

Əsas Əmək Funksiyaları:

 İaşə obyektinin fəaliyyəti, bazar və arzu edilən biznes hədəfləri üçün müvafiq olan menyuların işlənib hazırlanması.
 İaşə obyekti mətbəxinin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsi və yenilənməs.
 Hesabat görüşləri və iş növbəsindən əvvəl iclaslar keçirmək, onların effektiv olması və zəruri hallarda keçirilməsini təmin etmək.
 İşçilər arasında ünsiyyəti müsbət qurmaq, eyni zamanda elan lövhələri,  qeydiyyat jurnalları, təhvil-təslim hesabatları və s. aparılmasında və istifadə edilməsində kömək etmək.
 Təsdiqlənmiş menyuya əsasən yeməklərin hazırlanmasında köməklik etmək və nəzarət etmək
 Hazırlanmış yeməklərin keyfiyyətini təmin etmək
 Bazar siyahısının hazırlanması üçün cavabdeh olmaq
 Gündəlik dükan sifarişləri üzrə cavabdeh olmaq
 Qəlyanaltı və soyuduculara gündəlik nəzarət 
 Mövcud olan avadanlıqları təmiz saxlamaq və onlara qulluq etmək
 Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
 Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsinə kömək etmək.
 Xərclərin effektiv şəkildə idarə edilməsinə kömək etmək.
 Masaya verilən yemək və qida məhsullarının dadına baxmaq və nəzarət etmək, müvafiq hallarda rəy bildirmək və düzəlişlər etmək.
 İaşə şöbəsinin meneceri ilə sıx əməkdaşlıq edərək gigiyena standartlarının yerinə yetirilməsi, avadanlıqların istismar ömrünün yüksəldilməsi və sıradan çıxmasının qarşını almaq məqsədi ilə onlara lazımi xidmət göstərilməsini təmin etmək.

Namizədə Tələblər:

 Minimum 6-7 il iş təçrübəsi, onlardan azı 3 il baş aşbaz kimi olmalıdır
 Milli və Avropa mətbəxini bilməlidir
 Açıq bufeti bilməlidir
 Ala-kart yeməklərini bacarmalıdır
 Yüksək motivasiya malik və inovativ olmalıdır
 Böyük komandanı inkişaf və idarə etmək bacarığı
 Azərbaycan, Rus və İngilis dillərini bilməlidir.

Əmək şəraiti

 İş yeri: Naftalan şəhəri
 Sabit əmək haqqı
 İş saatı cədvələ uyğun
 Gündə 1 dəfə yemək və mənzil şirkıt tərəfdən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini  [email protected] electron unvanına mövzü yerinə “Senior Sous Chef” yazıb göndərə bilərlər.

Naftalan Hotel Qashalti tərəfindən digər vakansiyalar