Müxtəlif risk metriklərindən istifadə edərək bazar risklərinin təhlil etmək;
Python istifadə edərək gündəlik rutin tapşırıqların avtomatlaşdırılmasını etmək;
Tableau/Power BI istifadə edərək texniki olmayan auditoriyalara risk məlumatlarını effektiv şəkildə çatdıran interaktiv dashboard və vizualları yaratmaq;
Maliyyə bazarlarını izləmək və şirkətimizin məruz qala biləcək risk amillərini müəyyən etmək;
Pul bazarı, istiqraz, kapital və derivativ ticarəti üçün limitləri hesablamaq;
Gündəlik risk hesabatlarını daxili qaydalara və xarici requlyativ tələblərinə uyğun olaraq hazırlamaq və nəticələri şöbə rəhbəri ilə bölüşmək;
Komandanın gündəlik risk qiymətləndirmələri və hesabatlarının aparılmasına dəstək olmaq;
Bankın daxili Bazar risk modellərinin nəticələrinə əsaslanan daxili hesabatların aparılması (bazar riskinə məruz qalma tədbirləri arasındakı əlaqənin qiymətləndirilməsi də daxil olmaqla; riskə məruz qalan dəyər, stress testlər, stop-loss və ticarət limitləri);
Bazar və likvidlik risklərinin azaldılması prosedurlarının koordinasiyasında və onların icrasının nəzarətində köməklikgöstərmək. Hazırlanmış modellərdə back testlər apararaq və mövcud back test metodologiyasına əsaslanaraq nəticələri hesablamaq;
Risk modellərinin uyğunluq və yararlılığının təmin edilməsi məqsədilə inkişaf etdirmək, validasiya etdirmək və sınaqdan keçırmək;
Statistik təhlil və modellərin back testi üçün Python istifadə etmək;
PPNR metodologiyası ilə hazırlanmış stress test modeli üçün seçilmiş modellər və təkliflər üçün məlumatların toplanmasına və makro dəyişənlərə dəstək olmaq;
Rüblük əsasda makro dəyişənləri seçməklə mövcud stress testin model kodlarını yeniləmək;
Ekspert panel iclasında namizəd modelin müzakirələri üçün təqdimat hazırlamaq;
Stress testinin nəticələrinin yekun təqdimatını və fəaliyyət planlarını Stress testinin nəticələri üçün Müşahidə Şurasına, Risk Komitəsinə və İcraiyyə Şurasına təqdim etmək;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Təhsil: Maliyyə, İqtisadiyyat, Statistika və ya əlaqəli sahələrdə ali təhsil dərəcəsi.
İş təcrübəsi: Bazar riskləri və ya digər maliyyə sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
Xarici dillər: İngilis (səlis), Rus dili (arzuolunandır)
Kompüter bilikləri: Python, SQL, Microsoft Office, Power BI /Tableau.
Məhsul üzrə biliklər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
Bazar üzrə biliklər: Tələb olunur.
Mükəmməl kommunikasiya və insanlarla münasibət qurma bacarıqları.
Güclü analitik və problem həll etmə qabiliyyətləri.