İşin təsviri
Tələb olunan bilik və bacarıqlar:
- 1C 8.3 proqramı ilə işləmə bacarığı;
- IFRS üzrə beynəlxalq sertifikat (minimum FA);
- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli.
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Excel bilikləri);
- Dil bilikləri- azərbaycan dili-əla; Rus və ingilis dilləri arzuolunandır.
Namizədə dair gözləntilər:
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
- Məsuliyyətli və işində dəqiq;
- Komandada işləmək bacarığı;
- İşgüzarlıq, təşəbbüskarlıq.
Vəzifə öhdəlikləri:
- Debitor və kreditor borcların uçotunu aparmaq;
- Gəlir və xərclərin uçotunu aparmaq;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılmasını təmin etmək;
- Aylıq əmək haqlarından gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsini təmin etmək;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab, ezamiyyə ödənişlərinin hesablanması və ödənilməsini təmin etmək;
- Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsinə nəzarət etmək;
- ƏDV uçotunun aparılması və hesabatın təqdim edilməsi.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Mühasibatlıq şöbəsinin mütəxəssisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.