İşin təsviri
Tələblər:
- Yaş həddi: 21-30 yaş
- İqtisadiyyat yönümlü ali təhsil
- İş təcrübəsi arzu olunandı
- Azərbaycan dili yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır
- MS Office proqram (xüsusilə Word və Excel) bilikləri
- Analitik düşünmə, təşəbbüskarlık qabiliyyəti və dəqiqlik
- Komandada işləmə, yüksək ünsiyyət və təqdim etmə qabiliyyəti olmalıdır.
Vəzifə öhdəlikləri:
- Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
- Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
- Daxil olan müraciətlərin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
- Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
- Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
- Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
- Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
İş şəraiti:
- İş yeri: Baku Electronics mağazaları
- İş qrafiki: 6 gün, növbəli qrafik;
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.