Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi;
Şirkət təchizat strategiyasına uyğun yeni təchizat mənbələrinin və tədarükçülərin araşdırılması;
Tikinti sahəsində tələb olunan malların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil edərək uzunmüddətli əlaqələrin qurulması;
Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi;
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanaraq onların düzgün daşınması və çatdırılması işininin təşkil edilməsi, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırılması;
Daxil olan sifarişlərin vaxtında hazərlanıb təhvil verilməsinə nəzarət etmək;
Hesabat, təqdimat və s. hazırlanması.
Tələblər:
Ali təhsil (Biznesin idarə edilməsi və ya oxşar sahədə bakalavr dərəcəsi üstünlükdür);
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması;
Satınalmalar üzrə AR-nın müvafiq qanunvericiliyini, o cümlədən, Dövlət Satınalmaları haqqında qanunu bilmək;
Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
Microsoft Office (Word, Excel), Outlook və biznes proqram təminatı, satınalma və resursların planlaşdırılması sistemləri ilə işləmə bacarığı (1C proqramı üzrə biliklər üstünlükdür).
İş şəraitinin şərtləri:
Əmək haqqı – XXX azn
Tələblərə cavab verən şəxslərin CV-lərini “Təchizatçı” başlığı ilə email ünvanına göndərməsi xahiş olunur.