Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 08.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur.  Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 170 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.

"AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ MÜTƏXƏSSİS 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
• Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması;
• İstehsalat intizamının möhkəmləndirilməsi;
• Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
• Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
• İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətinin təmin edilməsi;
• Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə keyfiyyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılımasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
• Zay məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;
• Qüsurlu iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsinin tələb edilməsi;
• Hazır məhsulun qablaşdırılmasına, yüklənməsinə, daşınmasına nəzarət edilməsi;
• Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
• Keyfiyyətə Nəzarət Planının hazırlanması;
• Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər: 

Ali təhsilli;
Kompüterlə işləmək bacarığı;
Azərbaycan, rus və ingilis dillərini bilmək;
Keyfiyyətə nəzarət sahəsində azı 3 il stajı;
Kommunikabellik;
Məsuliyyətlilik;
Diqqətlilik;
Geniş dünyagörüşü;
Əlaqələndirmə bacarığı;
Komandada işləmə bacarığı;
Aktiv və çalışqan.

İş yeri Bakı-Salyan şosesinin 47-ci km-də yerləşir.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.