Büdcə və hesabatlıq şöbəsinin müdiri

İşin təsviri

Vakansiya haqqında məlumat:

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının, illik MHBS (IFRS) hesabatların və tələb olunan  digər hesabatların hazırlanması və təqdim edilməsi
  • Şirkətin illik büdcə planın hazırlanması, aylıq büdcə və faktiki hesablatlatın müqayisəli təhlili və büdcə proqnozlarının icrasına nəzarəti;
  • Gündəlik mühasibat əməliyyatların düzgünlüyü və dəqiqliyinə nəzarət;
  • Kassa və bank əməliyyatları uçotunun qaydalara əsasən təşkili və icrasına nəzarət etməsi;
  • Aylıq bonus (KPİ) sisteminə bağlı işçilərin əmək haqqı hesablanması; 
  • 1C əməliyyatlarının optimallaşdırılması və ay bağlanma prosesinə nəzarət;
  • Şöbələrə daxil olan sorğularının vaxtında cavablandırılmasına nəzarət;

Tələblər:

  • Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə olması arzuolunandır); 
  • Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ən azı 5 il iş təcrübəsi;
  • Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq;
  • Azərbaycan dilində səlis danışıq və yazı; (rus və ingilis dillərini bilməsi üstünlükdür)
  • MS Excel və 1 C ERP  proqramların sərbəst istifadəsi;
  • Güclü təşkilatçılıq və yüksək təqdimat bacarığı;
  • Komanda idarəetmə təcrübəsi;
  • Çeviklik və uyğunlaşma bacarığı;
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.

İş şəraitinin şərtləri:

  • İş qrafiki : 09:00-18:00;
  • İstirahət günü: Həftədə 2 dəfə (Şənbə və Bazar günü)
  • Ə/h – müsahibə əsasında

Müraciət üçün son tarix: 30.06.2024

CV-nizi başlıqda " Büdcə və hesabatlıq şöbəsinin müdiri " qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.