İşin təsviri
Tələblər:
- Beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
- Yerli və xarici bazarın araşdırılması;
- İdxal və İxrac əməliyyatları üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması və danışıqların aparılmasında iştirak etmək;
- Xarici şirkətlərlə əməkdaşlığın qurulması;yeni əməkdaşların araşdırılması və əməkdaşlıq əlaqələrinin qurulması
- İdxal və İxrac əməliyyatları üzrə müqavilələrin hazırlanması;
- Mənşə, fito və fumiqasiyaya müraciət etmə, gömrük rəsmiləşdirilməsi barədə anlayışı olan.
Namizədə tələblər:
- Ali təhsil ( maliyyə, gömrük, biznesin idarə olunması və kimya sahəsində olması üstünlükdür);
- MS office, internet üzərində iş bacarığı;
- Ingilis və Rus dillərində səlis danışıq və korporativ yazışma bacarığı;
- Əməliyyat çevikliyi, yüksək ünsiyyət bacarığı, məsuliyyətlilik, cavabdehlik;
- Kimya sənayesinə aid məhsullarla işləyəcəyi üçün kimyadan ilkin anlayışı olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Şirkətimizin istehsalı olan kimyəvi məhsulların xaricə satışının təşkili;
- İdxal-ixrac prosesi zamanı logistik koordinasiya;
- Müştərilərə uyğun müvafiq sifarişlərin hazırlanması və yayımlanması;
- Yükləmə və gömrük sənədlərinin yoxlanılması;
- Əməkdaşlıq edilən müəssisələrlə və xarici tərəfdaşlarla mütəmadi olaraq əlaqələrin saxlanılması;
- Sorğuların telefon, email vasitəsi ilə qəbulu və cavablandırılması;
- Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi;
- Daim yeni müştəri axtarışında olmaq;
- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması;
- İxraç əməliyyatları üçün ehtiyac olduğu təqdirdə nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması.
İş şəraiti:
- 5 günlük iş qrafiki, iş vaxtı:
- Nahar və korporativ nömrə ilə təmin edilir;
- Tam rəsmi müqavilə bağlanır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "İxrac meneceri" yazaraq e-mail ünavanına göndərilməsi xahiş olunur.