İşin təsviri
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, ƏMAS portalına bildirişləri daxil etmək;
- İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək;
- Tabeldə müvafiq qeydlər etmək, hər gün işçilərin işə çıxıb-çıxmaması haqqında səbəbləri qeyd etməklə hesabat tərtib etmək;
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətlərini itirmələri haqqında xəstəlik vərəqələrinin və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət etmək;
- Müəyyən olunmuş qaydada işlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntular haqqında məlumatları əks etdirən tabeli aparmaq.
Namizədə bağlı tələblər:
- Ali təhsil
- Yaş: 23-30
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- AR Əmək Qanunvericiliyi üzrə biliklər
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Kadr kargüzarlığı haqqında biliyə malik olmalı;
- Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri orta səviyyədə.
İş Şəraiti:
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
- Əmək haqqı: 600-700 AZN.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “İnsan Resursları üzrə kiçik mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.