Biznesin inkişafı üzrə menecer (konteyner daşımaları üzrə)

  • Globetrans
  • Elanın qoyulma tarixi: 10.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Satışın inkişafı və yeni müştərilərin aktiv cəlb edilməsini təşkil etmək,
  • İdxal, ixrac, tranzit yüklərin konteyner ilə daşımasını təmin etmək fraxt dərəcələrinin, konteyner və terminaldan istifadə şərtlərinin tam araşdırılması
  • Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatların alınması, sifarişə aid müşayiətedici sənədlərin toplanması və düzgünlüyünün yoxlanılması, sənədlərin arxivləşdirilməsi
  • Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasını təmin etmək
  • Konteyner daşınmaları üzrə dövri hesabatlar hazırlamaq
  • Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər biliklərin müntəzəm olaraq təkmilləşdirilməsi

İş şəraiti:

  • 5/7 iş qrafiki, iş vaxtı: 08:30-dan - 17:30-dək
  • Rəsmi əmək haqqı
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq

Namizədə tələblər:

  • Logistika Konteyner daşımaları istiqaməti üzrə iş təcrübəsi
  • Ali təhsil
  • Konteyner daşımaları üzrə müştəri bazasının olması
  • Analitik və məntiqi düşüncə
  • Logistik planlama və təşkilatçılıq bacarığı
  • Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı
  • Kompyüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
  • Azərbaycan və rus dillərində səlis danışıq, ingilis dili (bacarığı üstünlükdür)
  • Vaqon və konteyner daşımaları haqqında geniş məlumatlı olmalı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Logistika üzrə mütəxəssis yazmaqla elektron ünvanına göndərə bilərlər.