Aqronom – Salyan ərazisində

  • Nurgun Holding
  • Elanın qoyulma tarixi: 17.03.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AQRONOM – Salyan ərazisində

TƏLƏBLƏR:

• Kənd təsərrüfatı istehsalına dair normativ aktları, rəhbərliyin bu sahəyə aid əmr və sərəncamlarını, habelə fermaya aid sənədləri;
• Aqronomluq sahəsində elmi tədqiqatların aparılması metodlarını;
• Tərəvəzçilik, bitkiçilik və bağçılıq əkinlərinin becərilməsi metodlarını;
• Zərərvericilərlə, alaq otları və bitki xəstəlikləri ilə mübarizə metodlarını;
• Torpaq qanunvericiliyinin əsaslarını;
• Əməyin təşkili, mühafizəsi və əmək təhlükəsizliyi qaydalarını;
• Daxili intizam qaydalarını;
• Yanğın təhlükəsizliyi qaydalarını bilməli

İŞ BARƏDƏ:

• Tərəvəzçilik, bitkiçilik və bağçılıq əkinlərinin becərilməsi sahəsində qabaqcıl təcrübəni öyrənir və tətbiq edir.
• Zərərvericilərlə, bitki xəstəlikləri ilə və alaq otları ilə mübarizə texnologiyaları hazırlayır və tətbiq edir.
• Torpağın münbitliyinin yuksəldilməsi, məhsuldarlığın artırılması üzrə aqrotexniki tədbirlər hazırlayır və tətbiq edir.
• Əkin sahələri üzrə həcm və bitki növləri üzrə istehsalat planlarını hazırlayır
• Gübrələrin, toxumların alınası üzrə danışıqlar aparır və müqavilə layihələri hazırlayır.
• Torpağın şumlamaya və əkinə hazırlanması işlərini təşkil edir.
• Torpağın gübrələnməsi üzrə tədbirlər hazırlayır və işləri təşkil edir.
• Əkin yerlərinə qulluq üzrə təqvim planı hazırlayır.
• Məhsul yığımı, daşınması və saxlanması üzrə işlərin yerinə yetirilmısinə nəzarət edir.
• Sənədləri və hesabatları hazırlayır.

CV göndərərkən mövzu qismində vakansiyanın adının qeyd olunması xahiş olunur.
Şəkilsiz CV-lərə baxılmayacaq!

E-mail: [email protected]

İşəgötürənin reytinqi