Kosmetik satış meneceri

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Şirkətin kosmetik məhsullarını təyin olunmuş ərazi (kosmetik mağazalar, gözəllik mərkəzləri, kosmetoloji klinikalar) üzrə  tanıtmaq;
  • Şirkətdə verilmiş təlimatları və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
  • Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Məhsul kateqoriyaları üzrə kreativ satış kampaniyaları üçün təkliflərin verilməsi;
  • Məhsulların satışını təmin etmək;
  • Qoyulan planların yerinə yetirilməsi;
  • Satış dinamikasının izlənilməsi və təhlili;
  • Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlanılması;
  • Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görülməsi;
  • Bazar araşdırması etmək və satış kanallarını artırılması;

Namizədə qarşı tələblər:

  • Ali və ya orta təhsil;
  • Tələbə olmaması;
  • Kosmetika və özünə baxım sahələrində təcrübə (ən azı 2 il)
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili üstünlükdür;
  • Komputer bilikləri: Word, Excel, Power Point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Komanda da işləmə bacarığı;
  • Çevik və işgüzar olması;
  • Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli.

Peşəkarlıq tələbləri: 

  • Səlis və aydın nitq, sistemıi təqdimat bacarığı qabiliyyəti;
  • Dəqiqlik və sənədlərlə düzgün işləmə 
  • Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;
  • Təqdimat aparmaq və idarəetmə bacarığı.

İş qrafiki və əmək haqqı:

  • Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə 
  • İş rejimi:  I-V günlər, 09:00-dan 18:00-a kimi.

İş yeri:

  • Bakı şəhəri, Nərimanov r-nu, “Çinar Park” Biznes Mərkəzi

Nutrient tərəfindən digər vakansiyalar