İşin təsviri
Namizədə olan tələblər:
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi ;
- 28-50 yaş həddi;
- Ali təhsil;
- Azərbaycan dili biliyi və rus dili biliyi mütləqdir, İngilis dili biliyi arzuolunandır
- MS Office proqramlarından istifadə bacarığı, AutoCAD bilikləri
- Kollektivdə işləmə bacarığı;
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
- Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
- Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
- Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
- Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
- Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
- Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması;
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi;
- Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
- Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
Şərtlər:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- İş qrafiki: 09:00-18:00 bazar ertəsi-cümə tam iş günü
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Şirkət tərəfindən görüşlərə getmək üçün taksi ilə təmin olunur
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir + satış bonusu
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.