İşin təsviri
Vəzifələr:
- Pərakəndə və topdansatış seqmentində satışları artırmaq üçün marketinq strategiyasının hazırlanması.
- Satış kanallarının axtarışı və tətbiqi: onlayn və oflayn platformalar, sosial şəbəkələr, tərəfdaşlarla əməkdaşlıq və s.
- Fərqli kanallardan (rəqəmsal, açıq hava reklamı, PR, kontent-marketinq, SMM, e-mail marketinq) istifadə edərək reklam kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi.
- Məhsulların təşviqi proqramlarının hazırlanması və həyata keçirilməsi: aksiyalar, endirimlər, tədbirlər.
- Marketinq fəaliyyətlərinin büdcəsinin idarə olunması, investisiya gəlirliliyinin (ROI) izlənilməsi.
- Keçirilən kampaniyaların effektivliyinin təhlili və göstəricilərin yaxşılaşdırılması üçün tövsiyələrin hazırlanması.
- Podratçılar, dizaynerlər, reklam agentlikləri ilə əməkdaşlıq.
- Bazar, rəqiblər və trendlərin monitorinqi, dəyişikliklərə operativ reaksiya verilməsi.
Tələblər:
- Marketinq sahəsində minimum 3 illik iş təcrübəsi, pərakəndə/topdansatış sahəsində təcrübə üstünlük təşkil edir.
- Uğurlu marketinq kampaniyaları və aksiyaların yaradılması və həyata keçirilməsi təcrübəsi.
- Müasir təşviq alətləri və kanalları barədə bilik.
- Analitika və hesabatlarla iş təcrübəsi, nəticələr çıxarma və strategiyaları uyğunlaşdırma bacarığı.
- Yaradıcılıq, təşəbbüskarlıq və yeni ideyalar təklif etmək qabiliyyəti.
- Komandada işləmək və digər əməkdaşların və ya podratçıların işini koordinasiya etmək bacarığı.
- Uğurlu layihələr, aksiyalar və ya marketinq kampaniyalarından ibarət portfolio təqdim edilməsi arzuolunandır.
Vacib şərt: CV göndərərkən, əvvəlki işlərinizin nümunələrini əlavə etməyinizi xahiş edirik: yaradılmış marketinq kampaniyaları, aksiyalar və ya sizin yaradıcılığınızı və nəticəliliyiniz göstərən uğurlu layihələr.
İş şərtləri:
- Tam iş günü, həftədə 5 iş günü.
- İş qrafiki: 09:00-dan 18:00-dək
- Şirkətin ofisi şəhərin əlverişli yerində, müasir iş mühiti.
- Əmək qanunvericiliyinə uyğun rəsmi sənədləşmə.
- Rəqabətə davamlı əmək haqqı (müsahibə zamanı müzakirə olunur) və uğurlu layihələr üçün bonuslar.
- Karyera inkişafı və öz ideyalarınızı həyata keçirmək imkanı.
Əgər komandamızın bir hissəsi olmaq və şirkətin inkişafına töhfə vermək istəyirsinizsə, CV-lərinizi və iş nümunələrinizi [email protected] ünvanına göndərin.