İşin təsviri
Satınalmalar mütəxəssisinin vəzifə öhdəlikləri:
- Sifarişlər əsasında bazar araşdırmasını etmək;
- Ehtiyatların miqdarına nəzarət etmək;
- Analiz edib uyğun satıcını seçmək;
- Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək;
- Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək;
- Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq;
- Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək;
- Sifarişçinin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq;
- Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək;
- Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək;
- Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
- Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
- Podratçılarla müqavilə razılaşmaları rəsmiləşdirilməməyənə qədər işə başlamamaq;
- Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
- Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;
- Müqavilələrin və sifarişlərin statusunu izləmək;
Namizədə tələblər:
- Ali təhsilli (iqtisadiyyat üzrə)
- Azərbaycan, rus və ingilis dillərini bilməli
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
- MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş yeri: Bakı şəhəri
- Könüllü tibbi sığorta təminatı
- Korporativ nömrə
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.