Maliyyə üzrə mütəxəssis

İşin təsviri

İş haqqında məlumat:

  • Korporativ müştərilər üçün satış müqavilələri və hesab-fakturaların tərtib olunması;
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
  • Ümumi fəaliyyətə dair şöbə rəhbərinə hesabatların verilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Yaş: 25-35
  • Korporativ satış yaxud maliyyə mühasibat sahəsi üzrə 2 il iş təcrübəsi
  • MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri)
  • Azərbaycan və ingilis dillərində danışıq (digər xarici dil bilikləri üstünlükdür)
  • Avtomobilin quruluşu və istismarı üzrə ümumi biliyə malik olması
  •  Təqdimat bacarığının olması
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.

İş şərtləri:

  • Həftədə 6 iş günü
  • Əmək haqqı: 800-1000AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Maliyyə üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.