Müştəri iradlarının həlli bölməsinin rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxil olan müraciət və iradların araşdırılmasına nəzarət edilməsi və həlll olunmasına nəzarət edilməsi;
  • Müştəri loyallığı və qiymətləndirilməsi üzrə çalışan əməkdaşların arasında iş bölgüsünün aparılması və düzgün icrasına nəzarət edilməsi;
  • Əməkdaşların iş cədvəlinin tərtib edilməsi;
  • Ölkə və Xarici bazarda müştəriyə yönəlmiş xidmətlərin monitorinqi, müqayisə edilməsi və təkliflər portfoliosunun hazırlanması;
  • Bölmədə yaranan problemlərin araşdırılması və müvafiq intizam tədbirləri ilə bağlı rəhbərliyə təkliflərin olunması;
  • Birbaşa rəhbərlik tərəfindən verilən şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi və hesabatın təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili biliyi;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Excell yaxşı səviyyədə);
  • Müştəri xidmətləri sahəsində iş təcrübəsi - 1 il;
  • Problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək və idarə etmək bacarığı;
  • Müştəri yönümlülük.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi