İşin təsviri
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri- azərbaycan dili-mükəmməl; ingilis və rus dili –arzuolunandır;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (sığorta sahəsində iş təcrübəsi arzuolunandır);
- Sərbəst araşdırma qabiliyyəti, ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Dəqiqlik və məsuliyyətlilik;
- Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma bacarığı;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı.
Vəzifə öhdəlikləri:
- Müştəri bazasının formalaşdırılması və fərdi müştərilərlə əlaqələrin qurulması;
- Fərdi satışların həcminin artırılmasını təmin etmək;
- Fərdi sığorta bazarının izlənilməsi və təhlilinin aparılması;
- Könüllü məhsullar üzrə aktiv görüşlərin keçirilməsi;
- Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
- Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglərin edilməsi;
- Sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Satış üzrə mütəxəssis) qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.